"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında əlavələr dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 812 nömrəli Fərmanının 2.1-ci bəndinin icrası ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 98 nömrəli Fərmanı) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilsin;

1.2. 2.3-cü bənddə "321.1-ci," sözləri çıxarılsın;

1.3. 2.5-ci bənddə "və 320-ci maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

1.4. 2.7-ci bənddə "Nəqliyyat Nazirliyi" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilsin;

1.5. 2.8-ci bənddən "155.1.9-cu," sözləri çıxarılsın;

1.6. 2.16-cı, 3.15-ci və 3.17-ci bəndlərdə "Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilsin;

1.7. 3.1-ci bənddə "321-322-ci" sözləri "322-ci" sözləri ilə əvəz edilsin;

1.8. 3.3-cü bənddə "156-160-cı" sözləri "156-158-ci, 160-cı" sözləri ilə, "298-301-ci" sözləri "298-300-cü, 301.0.1-301.0.6-cı, 301.0.9-301.0.13-cü" sözləri ilə əvəz edilsin;

1.9. 3.5-ci bənddə "71-ci" sözləri çıxarılsın, "85-ci" sözləri "85.0.3-cü, 85.0.5-85.0.7-ci" sözləri ilə əvəz edilsin;

1.10. 3.7-ci bənddən "107-ci," sözləri çıxarılsın, "76-84-1-ci" sözləri "78-84-1-ci" sözləri ilə əvəz edilsin;

1.11. 3.16-cı bənddən "114.2-ci," və "320-ci" sözləri çıxarılsın;

1.12. 3.21-ci bənddə "Azərbaycan Respublikasının müvafiq nazirliyi yaradılanadək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilsin;

1.13. 3.34-cü bənddə "Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi" sözləri "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilsin;

1.14. 3.47-ci bənddə "161-ci" sözləri "161.2-ci" sözləri ilə əvəz edilsin;

1.15. aşağıdakı məzmunda 2.35-ci, 2.36-cı, 2.37-ci, 3.58-ci, 3.59-cu, 3.60-cı, 3.61-ci, 3.62-ci, 3.63-cü, 3.64-cü və 3.65-ci bəndlər əlavə edilsin;

"2.35. həmin Məcəllənin 155.1.9-cu maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.36. həmin Məcəllənin 320-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.37. həmin Məcəllənin 321.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

3.58. həmin Məcəllənin 71-ci, 76-cı, 85.0.1-ci, 85.0.2-ci, 85.0.8-ci, 85.0.9-cu, 85.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;

3.59. həmin Məcəllənin 77-ci, 85.0.4-cü, 107-ci, 114.2-ci, maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;

3.60. həmin Məcəllənin 144-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası öz səlahiyyətləri daxilində baxırlar;

3.61. həmin Məcəllənin 155.1.9-cu və 159-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;

3.62. həmin Məcəllənin 161.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;

3.63. həmin Məcəllənin 301.0.7-ci və 301.0.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;

3.64. həmin Məcəllənin 320-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;

3.65. həmin Məcəllənin 321-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar."

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 2.