Kino həftəsinin son filmi nümayiş etdirilmişdir
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində keçirilən kino həftəsi çərçivəsində iyulun 31-də Rüfət Əsədovun rejissorluğu ilə çəkilmiş "Arxada qalmış gələcək" filmi nümayiş etdirilmişdir.
Filmin ssenari müəllifi Yusif Şeyxov, operatoru Amin Novruzov, rəssamı Adil Azay, bəstəkarı Xəyyam Mirzəzadədir. Vətənpərvərlik mövzusunda çəkilmiş filmdə baş rolu xalq artisti Fuad Poladov oynayır. Ekran əsəri bir çox beynəlxalq müsabiqələrdə nümayiş etdirilmişdir.
Milli kino günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin və "Təkan" Tələbə Gənclər İctimai Birliyinin birgə layihəsi olan kino həftəsinə bu filmlə yekun vurulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 2 avqust.-
S. 4.