Azərbaycan xalqı ölkə
rəhbərinin apardığı
məqsədyönlü siyasəti
dəstəkləyir
2008-ci
ildə Dünya Bankı Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdığını bəyan
etmişdi. Bu fakt ölkəmizdə elmi əsaslar üzərində
aparılan iqtisadi islahatların məqsədyönlülüyündən
xəbər verir. Dünya Bankının 2009-cu il üzrə
"Qlobal iqtisadi perspektivlər" adlı hesabatında
ümumi daxili məhsulun artımına görə ölkəmiz
yenə də birinciliyini qoruyub saxlamışdır.
Qloballaşan dünyada
hər bir dövlətin demokratik dəyərlərə
sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına
münasibəti ilə müəyyən olunur. Prezident
İlham Əliyevin insan hüquq və azadlıqlarının
müdafiəsi ilə bağlı həyata keçirdiyi
kompleks tədbirlər respublikamızın Avratlantik məkana
inteqrasiya siyasətinə sadiq olduğunu əyani şəkildə
göstərdi. Şəxsiyyətin toxunulmazlığı,
söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların
bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda
demokratik cəmiyyətin əsas atributları kimi bərqərar
olmuşdur.
2008-ci ilin 15
oktyabrında azad və şəffaf keçən prezident
seçkilərində ölkə vətəndaşlarının
mütləq əksəriyyəti demokratik cəmiyyətdə
yaşamaq istəyini bir daha ortaya qoydu. Dövlət
başçısı İlham Əliyev prezidentlik səlahiyyətlərini
yerinə yetirməyə başladığı ilk gündən
bəyan etdi ki, demokratik dövlət insanların birgə fəaliyyətinin
təşkili və tənzimlənməsinin mühüm
şərti, onların qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir.
Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində
ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi,
insanların iqtisadi azadlığı, yüksək maddi rifah
halı, vətəndaş-cəmiyyət münasibətlərinin
ahəngdarlığı, şəxsiyyətin mənafelərinin,
hüquq və azadlıqlarının maksimum səviyyədə
qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə
əməl olunması demokratiyanın optimal idarəetmə
üsulu kimi üstünlüyünü təmin etmişdir. İctimai-siyasi
həyatın bütün sahələri üzrə dövlətin
hüquqi bazasının möhkəm təməllər
üzərində qurulması, ictimai ədalət prinsiplərinə
ciddi riayət olunması həmin dövlətdə sabitliyin,
vətəndaş həmrəyliyinin və dinamik iqtisadi
inkişafın başlıca təminatlarından biridir.
Son beş il yarımda
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolunda inamlı addımlar atan dövlət
başçısı İlham Əliyev cəmiyyətin təkamül
sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli
fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi
və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən liberal ruhlu islahatlar, tətbiq
olunan mütərəqqi hüquqi yeniliklər
çağdaş dövrün tələbləri ilə səsləşmiş,
cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən
başlıcası, insan və vətəndaş hüquq və
azadlıqlarının qorunması məsələlərini
özündə maksimum dərəcədə ehtiva
etmişdir. Zaman etibarilə böyük olmayan müddətdə
Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsində
yüksək nailiyyətlər qazanması da bilavasitə
mülki cəmiyyət quruculuğuna hesablanmış
islahatların respublikanın sosial-iqtisadi inkişaf
dinamikası ilə uzlaşdırılması nəticəsində
mümkün olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev qloballaşma dövrünün
reallıqlarına uyğun rasional siyasət
yürüdür. Bu sahədə həyata keçirilən
islahatlar mahiyyət etibarilə respublikada demokratikləşmə
proseslərinin daha da sürətləndirilməsinə, vətəndaş
cəmiyyəti təsisatlarının güclənməsinə
gətirib çıxarmışdır. Son beş il yarım
müddətdə Azərbaycanda siyasi, iqtisadi, mədəni və
digər sahələrdə həyata keçirilən
islahatlar ölkənin kompleks inkişafını təmin etməklə
beynəlxalq miqyasda mövqelərini möhkəmləndirmişdir.
Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə
qurumları vaxtaşırı açıqladıqları
hesabatlarda Azərbaycanı iqtisadi inkişaf tempinə görə
lider dövlət hesab edirlər. Bütun bunlar Azərbaycan rəhbərliyinin
uğurla apardığı iqtisadi-sosial siyasətin məntiqi
nəticəsidir.
2008-ci ildə Dünya
Bankı Azərbaycanı bir nömrəli islahatçı
ölkə kimi tanıdığını bəyan
etmişdi. Bu fakt ölkəmizdə elmi əsaslar üzərində
aparılan iqtisadi islahatların məqsədyönlülüyündən
xəbər verir. Dünya Bankının 2009-cu il üzrə
"Qlobal iqtisadi perspektivlər" adlı hesabatında
ümumi daxili məhsulun artımına görə ölkəmiz
yenə də birinciliyini qoruyub saxlamışdır. Hesabatda
beynəlxalq maliyyə böhranının təsirlərinin
bu il də davam edəcəyi bildirilir və bunun dünya
dövlətlərində ümumi daxili məhsulun artım
tempinə təsirsiz ötüşməyəcəyi
vurğulanır. Bankın proqnozlarına görə, 2009-cu
ildə dünya iqtisadiyyatının artımı 0,9 faizə
çatacaq, gələn il isə bu rəqəm 3 faiz artacaq. Bank
ekspertləri onu da bildirirlər ki, bu il Avropa və Mərkəzi
Asiya ölkələrində iqtisadi artım 2,7 faiz, gələn
il isə 5 faiz proqnozlaşdırılır. Belə şəraitdə
isə Azərbaycan yenə də böyük iqtisadi artım
göstəricilərinə malik ölkələr
sırasında yer alacaq.
Dünya Bankının
proqnozlarına görə, bu il Azərbaycanın iqtisadi
artımı 10,4 faiz təşkil edəcək. Lakin o da
istisna edilmir ki, cari il ərzində Azərbaycanda iqtisadi
artım tempi daha yüksək rəqəmlərlə ifadə
oluna bilər. Bunu digər beynəlxalq maliyyə
qurumlarının açıqladığı proqnozlar da təsdiq
edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
2009-cu ildə Azərbaycanda ÜDM-nin 15 faizlik
artımını proqnozlaşdırırlar. Ötən ilin
noyabrında açıqlanan bu proqnoz, bankın hesabatına
daxil edilmiş qalan 27 ölkə üçün göstərilən
digər nəticələrlə müqayisədə daha
yüksəkdir. Həmin dövlətlərdə orta iqtisadi
artım cəmi 4,5 faiz səviyyəsində qeyd edilir. Beynəlxalq
Maliyyə Korporasiyası isə ötən ilin oktyabrında
açıqladığı proqnozlarda Azərbaycanın yenə
də ümumi daxili məhsulun artımında liderliyini qoruyub
saxlayacağını bildirdi və cari il ərzində
ölkəmizdə iqtisadi artımın ən azı 16,4 faiz
təşkil edəcəyini açıqladı.
Beynəlxalq təşkilatların
açıqlamasından aydın görünür ki, Azərbaycanda
iqtisadi artım göstəriciləri yenə də
dünyanın aparıcı dövlətlərindən
yüksək olacaq. MDB məkanında Azərbaycanın hələ
uzun müddət lider mövqeyini qoruyub saxlayacağı
proqnozlaşdırılır.
Dünyanı
bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanın
iqtisadi inkişaf sürətinə görə yenə də
dünyada liderliyini qoruyub saxlaması Prezident İlham Əliyev
tərəfindən aparılan uğurlu iqtisadi siyasətin
real nəticəsidir. İqtisadi sahədə əldə
olunan yüksək nəticələr ölkə əhalisinin
sosial durumunun daha da möhkəmlənməsinə adekvat təsir
göstərir. Azərbaycanda iqtisadi, siyasi, sosial sahələrdə
aparılan köklü islahatların ölkə vətəndaşları
tərəfindən razılıqla qarşılanması
nüfuzlu beynəlxalq təşkilatların apardıqları
rəy sorğularında da öz ifadəsini tapır.
ABŞ-ın nüfuzlu
"Gallup" təşkilatının elan etdiyi yeni sorğu
bu mənada xüsusi diqqəti cəlb edir. Keçirilən
sorğunun nəticələrindən aydın olur ki, Azərbaycanda
əhalinin 77 faizi ölkə rəhbərliyinin fəaliyyətindən
razıdır. Adıçəkilən təşkilat bildirir
ki, 12 postsovet ölkəsində hər min nəfərlə
üzbəüz söhbətdə onlara belə bir sual
verilib: "Sizcə, ölkə rəhbərliyi işinin
öhdəsindən necə gəlir?" Bu suala cavabda "Rəhbərliyin
işini bəyənirəm" deyənlərin sayına
görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi
kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasəti dəstəkləyib.
ABŞ-ın
nüfuzlu "Gallup" təşkilatının elan etdiyi
yeni sorğu bu mənada xüsusi diqqəti cəlb edir. Keçirilən
sorğunun nəticələrindən aydın olur ki, Azərbaycanda
əhalinin 77 faizi ölkə rəhbərliyinin fəaliyyətindən
razıdır. Adıçəkilən təşkilat bildirir
ki, 12 postsovet ölkəsində hər min nəfərlə
üzbəüz söhbətdə onlara belə bir sual
verilib: "Sizcə, ölkə rəhbərliyi işinin
öhdəsindən necə gəlir?" Bu suala cavabda "Rəhbərliyin
işini bəyənirəm" deyənlərin sayına
görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi
kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasəti dəstəkləyib.
"Gallup" təşkilatının
tərtib etdiyi siyahıda Azərbaycandan sonra növbəti
yeri Qazaxıstan tutur. Qazaxıstanda aparılan sorğuda 71
faiz respondent ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini
bildirib. Sorğudan o da məlum olub ki, Rusiyada 56 faiz, Belarusda 46
faiz, Qırğızıstanda 43 faiz, Latviyada 27 faiz, Moldovada
25 faiz, Gürcüstanda 21 faiz, Estoniyada 20 faiz, Litvada 13 faiz
hakimiyyət tərəfindən həyata keçirilən
siyasətdən razıdır.
Sorğunun nəticələri
Azərbaycan rəhbərliyinə xalqın yüksək etimad
göstərdiyini sübuta yetirir. Ölkə əhalisi
aparılan çoxşaxəli islahatların davamlı
olmasını zəruri sayır. Son beş il yarımda əhalinin
sosial durumunun daha da yaxşılaşması ölkə rəhbərliyinə
olan inamı daha da artırmışdır. Azərbaycan
Avropanın keçmiş kommunist ölkələri
arasında legitimlik əmsalı üzrə də lider
mövqedən çıxış edir.
Portlend Dövlət
Universitetinin siyasi elmlər üzrə dosenti Bryus Cilli
"Hakimiyyət hüququ. Dövlət öz legitimliyini necə
qazanır və itirir" adlı kitabında müəllif bu
nəticəyə gəlib. Aparılan elmi təhlildən
sonra Azərbaycanın Avropanın keçmiş kommunist
ölkələri arasında hakimiyyətin legitimlik əmsalı
üzrə liderlik etməsi faktı göstərilib. "Postkommunist
Avropa" regional qrupunda Azərbaycan bu göstərici üzrə
Mərkəzi və Şərqi Avropanın 21, eləcə də
MDB-nin Avropa hissəsindəki bütün ölkələri
(Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanı)
qabaqlayaraq birinci yeri tutur.
Ölkə rəhbərliyinin
apardığı uğurlu iqtisadi siyasət nəticəsində
Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənmiş
və respublikamıza olan maraq artmışdır. Nüfuzlu
beynəlxalq maliyyə qurumlarının son hesabatlarına diqqət
yetirdikdə bir daha aydın olur ki, ölkə rəhbərliyinin
müəyyənləşdirdiyi iqtisadi inkişaf xətti
düzgündür və bu istiqamət daha böyük nailiyyətlərin
əldə edilməsinə imkan yaradacaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 4
avqust.- S. 4.