Xarici İşlər Nazirliyində görüş

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 3-də nazir Elmar Məmmədyarov Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveytin səfiri Fəhd Saad Səid əl-Mey ilə görüşmüşdür.

Azərbaycanda Küveytin ilk səfiri olmasından məmnun olduğunu bildirən diplomat Səid əl-Mey ölkəmizdə işlədiyi dövrdə iki dövlət arasında münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini, xüsusilə də, XİN-lə faydalı əməkdaşlıq etdiyini demişdir.

Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlıq etmişdir.

Nazir E.Məmmədyarov səfirə xoş arzularını bildirmiş və gələcək işlərində uğurlar diləmişdir.

 

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 4.