Naxçıvan gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar - Azərbaycanın, o cümlədən muxtar respublikanın tanınmış hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, müxtəlif dövlətlərdən gəlmiş çoxsaylı qonaqlar, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.

 

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 1.