Şəhidlərin xatirəsinə ehtiram

 

Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 4-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzülmüş, "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Nümayəndə heyəti Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

Avqustun 9-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşlər keçirməsi də nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 4.