Konstitusiya Məhkəməsi Palatasının növbəti
iclası olmuşdur
Avqustun 3-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası olmuşdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə
və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən,
Konstitusiya Məhkəməsinin Palatası vətəndaş Əskərov
Fuad Səməndər oğlunun şikayətinə baxaraq,
onun icraata qəbul edilməsi haqqında qərardad
çıxarmışdır.
Şikayətə mahiyyəti
üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun bu il sentyabrın 8-nə
təyin edilmiş iclasında baxılacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 5 avqust.- S. 7.