ATƏT Dağlıq Qarabağ münaqişəsinin
tezliklə həll olunması üçün
səylərini əsirgəməyəcəkdir
ATƏT Dağlıq
Qarabağ münaqişəsinin tezliklə həll olunmasi
üçün səylərini əsirgəməyəcəkdir.
Bunu ATƏT-in sədri,
Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla
telefon danışığında demişdir.
Xarici İşlər
Nazirliyindən bildirmişlər ki, D.Bakoyanni və E.Məmmədyarov
münaqişənin həlli ilə bağlı aparılan
son danışıqlar prosesini və növbəti
görüşləri müzakirə etmişlər.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin
mövqeyini ATƏT-in sədrinə çatdıran nazir E.Məmmədyarov
vurğulamışdır ki, problem yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır.
Bundan əlavə,
telefon danışığı zamanı Azərbaycan ilə
ATƏT arasında münasibətlər, eləcə də
regionda baş verən proseslər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 avqust.- S. 1.