"Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanununun
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. "Bəzi fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarının təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə
555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il , ¹
2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10,
maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə
591, ¹9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci
il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə
943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹
12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə 64, ¹ 3, maddə 163) ilə
təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin siyahısı və həmin
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsinə görə ödənilən
dövlət rüsumunun məbləğləri"nə
aşağıdakı məzmunda 17.4-cü və 17.5-ci bəndlər
əlavə edilsin:
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
2.1. bu fərmanın
1-ci bəndində göstərilən fəaliyyət növləri
üzrə xüsusi razılıq (lisenziya) verilməsi
üçün tələb olunan əlavə şərtləri
təsdiq etsin;
2.2. öz səlahiyyətləri
daxilində bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 7 avqust.- S. 1.