"Giriş-çıxış qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanına əlavələr edilməsi barədə

 

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 258, № 12, maddə 1058; 2009-cu il, № 2, maddə 75; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanı) aşağıdakı əlavələr edilsin:

1. 8.7-ci bəndin birinci abzasına "Azərbaycan Respublikasının" sözlərindən sonra "Prokurorluğu," sözü əlavə edilsin;

2. 9-cu bəndə "Xüsusi Dövlət Mühafizə Xidməti," sözlərindən sonra "Azərbaycan Respublikasının Prokurorluğu," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 7 avqust.- S. 1.