"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı həmin fəaliyyət növlərinə xüsusı razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri" əlavə edilməsi barədə

 

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718) ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 15.9-cu bənd əlavə edilsin:

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

2.1. bu fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri müəyyənləşdirib təsdiq etsin;

2.2. bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 1.