Dağlıq Qarabağ münaqişəsi
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini tapa bilər
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, bu fikir avqustun
7-də Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Səfər Əbiyevin Pakistan İslam
Respublikasının Hərbi Dəniz Qüvvələri
Komandanı admiral Bəşir Nomanın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdə səslənmişdir.
Qarşılıqlı
fikir mübadiləsi şəraitində keçən
görüşdə S.Əbiyev Pakistan ilə Azərbaycan
arasında çoxşaxəli hərbi-siyasi əməkdaşlıq
münasibətlərinə toxunaraq bu əlaqələrin gələcəkdə
daha da genişlənəcəyini bildirmişdir. Pakistan-Azərbaycan
əməkdaşlığının müdafiə sənayesi
sahəsinə öz töhfəsini verdiyini qeyd edən S.Əbiyev
Azərbaycan kimi Pakistanın da ərazi münaqişəsi ilə
üzləşdiyini demişdir.
Admiral Bəşir Noman
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ölkəsinin
mövqeyini açıqlayaraq bildirmişdir ki, münaqişə
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllini tapa bilər və
bu məsələdə Pakistan hər zaman Azərbaycanın
yanındadır.
Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.