Nikolay Ontsyanu: "Ölkənizin rəhbərliyi müdrik iqtisadi, mədəni siyasət yürüdür. Azərbaycan daim inkişafda olan bir ölkədir"

 

Azərbaycanda səfərdə olan Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu jurnalistlərə müsahibəsində demişdir ki, üç ildən sonra Bakını yenidən ziyarət etməkdən çox məmnunam. Bakı həm şəhərsalma, urbanik, həm də abadlıq, yaşıllıqların qorunması cəhətdən tamamilə dəyişmişdir. Əsas cəhət odur ki, yeniləşmə işləri aparılarkən şəhərin tarixi simasının qorunmasına xüsusi diqqət yetirilir. Biz bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində olmuşuq və burada ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğını öz gözlərimizlə gördük. Bu baxımdan Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin tarixinə, inkişafına necə həssaslıqla yanaşdığını xüsusi qeyd etmək olar.

Qonaq demişdir: "Onu da diqqətə çatdırmaq istərdim ki, dünya ölkələrinin əksəriyyətini bürümüş maliyyə və iqtisadi böhran şəraitində iqtisadiyyatı inkişaf edən, təhsilə, səhiyyəyə və digər sahələrə investisiya yatıran Azərbaycanda olmaq adama bir toxtaqlıq, rahatlıq verir. Bütün bunlar isə bir daha göstərir ki, ölkə rəhbərliyi müdrik iqtisadi, mədəni siyasət yürüdür. Azərbaycan daim inkişafda olan bir ölkədir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.