Avropa İttifaqı
(Aİ) müxtəlif vasitələrlə uzunsürən
münaqişələrin həlli yollarının
axtarılmasına cəlb edilmişdir. Bunu qurumun xarici siyasət
və təhlükəsizlik üzrə ali nümayəndəsi
Xavyer Solana bəyan etmişdir.
X.Solana demişdir ki,
Aİ Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə məşğul olan ATƏT-in Minsk
qrupunu tam dəstəkləyir. "Şərq tərəfdaşlığı"
proqramı ilə bağlı fikirlərini bölüşən
ali nümayəndə vurğulamışdır ki, bu təşəbbüs
münaqişələri həll etmək məqsədilə
irəli sürülməmişdir. Hər bir fərdi
münaqişənin həlli ilə bağlı bütün
səylər artıq mövcud olan danışıqlar formatına
salınmalıdır.
"Şərq tərəfdaşlığı"
proqramının çoxmillətli formatı bu məsələləri
müzakirə etmək üçün gözəl imkan və
məkandır.
AzərTAc
Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.