Sinqapur Respublikasının
Prezidenti Zati-aliləri
cənab Sellapan Rama Natana
Hörmətli cənab Prezident!
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı münasibətlər xalqlarımızın rifahı naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri,
31 iyul 2009-cu il.
Azərbaycan.- 2009.- 9 avqust.-
S. 1.