Mətyu Brayzə: "Ermənistan Dağlıq Qarabağa bitişik yeddi rayonu Azərbaycana
qaytarmalıdır"
Ermənistan
Dağlıq Qarabağa bitişik yeddi rayonu Azərbaycana
qaytarmalıdır. Bu fikri avqustun 7-də Ermənistanda səfərdə
olan ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzə
söyləmişdir.
M.Brayzə
vurğulamışdır ki, beş rayon dərhal, iki rayon isə
müəyyən vaxt ərzində qaytarılmalıdır. Bu
vaxt beş ilədək uzana bilər. Həmçinin
münaqişə zonasına beynəlxalq sülhməramlı
qüvvələr yerləşdirilməlidir. Onların tərkibini
tərəflərin özləri müəyyənləşdirəcəklər.
Münaqişənin həlli
variantının mümkünlüyü baradə
danışan amerikalı diplomat bəyan etmişdir ki, Madrid sənədinə
əsasən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi
təmin edilməli, referendum keçirilənədək isə
müvəqqəti status yaradılmalıdır.
Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsi
üç əsas prinsip - ərazi bütövlüyü,
öz müqəddəratını təyinetmə və
gücün tətbiq edilməməsi əsasında həll
olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 9 avqust.- S. 1.