Bərdədə yeni avtovağzal
istifadəyə verilib
Ölkəmizin
bütün bölgələrində olduğu kimi, Bərdə
rayonunda da sosial-iqtisadi inkişafın yeni mərhələsi
diqqətçəkən uğurlarla müşayiət
olunur.
Bu günlərdə
rayonun sosial həyatında əlamətdar hadisə baş
vermişdir. Müasir tələblər səviyyəsində
inşa olunmuş yeni avtovağzal istifadəyə
verilmişdir. Bununla bağlı keçirilən mərasimdə
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı İlham Ağayev çıxış
edərək son illər Azərbaycanın sosial-iqtisadi
inkişafından danışmışdır. Natiq qeyd
etmişdir ki, ölkədə yol-nəqliyyat infrastrukturu
sürətlə yaxşılaşdırılır və bu
prosesdən Bərdə rayonu da kənarda qalmır. İstifadəyə
verilən yeni avtovağzal da bunun nəticəsidir.
Yeni avtovağzal
binasında sərnişinlər və sürücülər
üçün hər cür şərait
yaradılmışdır. Hər biri 200 nəfərlik 2
gözləmə zalı, ana və uşaq, tibb, namaz
otaqları, iaşə, ticarət və məişət xidməti
obyektləri sərnişinlərə nümunəvi xidmət
göstərməyə imkan verir.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 9
avqust.- S. 2.