Nikolay Ontsyanu: Azərbaycanda
tətbiq olunan təcrübə istənilən
Avropa ölkəsinə
nümunə ola bilər
Buxarest şəhərinin
2-ci sektorunun meri Nikolay Ontsyanu Talassemiya Mərkəzi, Nərimanov
rayonundakı Uşaq psixo-nevroloji mərkəzi və Akademik Zərifə
Əliyeva adına uşaq bağçası ilə
tanışlıqdan sonra jurnalistlərlə öz təəssüratlarını
bölüşmüşdür.
Talassemiya Mərkəzinin
dünya standartlarına cavab verdiyini, texniki təchizat və
tibbi heyətin peşəkarlığı baxımından ən
məşhur tibb mərkəzləri ilə rəqabət
aparmaq gücündə olduğunu söyləyən mer
demişdir: "Mən hesab edirəm ki, siz belə bir tibbi mərkəzlə
fəxr edə bilərsiniz".
Heydər Əliyev
Fondunun və ölkə rəhbərliyinin səhiyyəyə,
o cümlədən uşaqların sağlamlığına
göstərdiyi diqqətə valeh olduqlarını bildirən
rumıniyalı qonaq Uşaq psixo-nevroloji mərkəzinin və
uşaq bağçasının ən müasir avadanlıqla
təchiz olunduğunu qeyd etmişdir.
"Təəssüratlarıma
əsasən deyə bilərəm ki, Prezident İlham Əliyev
səhiyyəyə böyük diqqət və qayğı
göstərir", - söyləyən Nikolay Ontsyanu dövlətin
həm iqtisadi, həm mədəni sahələrə sərmayə
qoymaqla yanaşı, vətəndaşlarının
sağlamlığına da böyük diqqət göstərməsini
təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Nikolay Ontsyanu Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə təhsil, səhiyyə və digər sahələrdə
bir sıra iri layihələrin həyata keçirildiyindən
də danışmışdır.
Mer sonda demişdir:
"Mən hesab edirəm ki, bu üç müəssisədə
tətbiq olunan təcrübə istənilən Avropa ölkəsinə
nümunə ola bilər".
Azərbaycan.- 2009.- 9 avqust.- S. 3.