Təbiəti seyr etmək,
ona aludə olmaq gözəl musiqinin həzinliyindən
qanadlanıb uçmaq qədər zərif, incə və
kövrək bir duyğudur. İstirahətimiz, dincəlməyimiz,
insan kimi təbiətə qarışaraq heç bir
canlının almadığı zövqü bu əsrarəngiz
gözəlliklərdən almağımız əslində
bizi Yer üzünün bütün canlılarından fərqləndirən
və ucaldan amildir. Çünki biz insanıq, daxilimizə,
bütün vücudumuza hakim kəsilən Vətən sevgisi
adlı bir duyğu nəbzimizdə döyünür. Qubada Təngəaltıya
tərəf gedən yolun mənzərələri turistlər
və qonaqlar üçün bir-birini ardıcıl əvəz
edən gözəl və yaddan çıxmayan səhnələr
olsa da, bizim üçün bunların hamısı birlikdə
sadəcə sevgili Vətəndir. Səması, buludu,
dağı, daşı, torpağı, meşəsi,
çayı ilə ovcumuzda və ürəyimizin
başında çiçəkləyən Vətən.
Bahadur İmanquliyev
Azərbaycan.- 2009.- 9
avqust.- S. 6.