Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü

 

Avqustun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə görüşü olmuşdur.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü keçirilmişdir.

Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə etdilər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulandı. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirildi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 1.