Müasir İncəsənət Muzeyi ilə tanışlıq
Avqustun 10-da Latviya
Prezidentinin xanımı Lilita Zatlere və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva Müasir İncəsənət
Muzeyində olmuşlar.
Latviyanın birinci
xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa
etdi.
Muzeydə Azərbaycanın
adlı-sanlı və gənc, əsasən avanqard üslubda
işləyən rəssam və heykəltəraşlarının
1000-dək işi toplanmışdır.
Qonaq Azərbaycanın
xalq rəssamları Səttar Bəhlulzadə,
Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir
Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun,
adları Azərbaycan mədəniyyəti xəzinəsinə
daxil olmuş bir çox fırça ustası və heykəltəraşların
əsərlərinə maraqla tamaşa etmişdir.
Qərbi Avropa incəsənəti
salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə
Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər
nümayiş etdirilir.
Dizayn müəllifi
tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət
məbədində uşaq incəsənəti salonu, kitabxana,
videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.
Muzeydə 800-dək rəsm
əsəri ilə yanaşı, 200-dən çox heykəltəraşlıq
nümunələri də nümayiş olunur.
Latviyanın birinci
xanımı Lilita Zatlere Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirərək muzeydən zəngin təəssüratlarla
ayrıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.