Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
Naxçıvan MR Ali Məclisinin
Sədri Vasif Talıbov Türkiyə Respublikasının
enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşmüşdür.
Qonağı
Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən
Ali Məclisin Sədri muxtar respublikanın statusu, coğrafi
mövqeyi, iqtisadiyyatı, elm və təhsil müəssisələri
haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki,
Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi
Naxçıvan Muxtar Respublikasında yerləşir. 1992-ci il
may ayının 28-də, ulu öndərimiz Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
işlədiyi dövrdə Türkiyənin Baş naziri
Süleyman Dəmirəllə birgə Sədərək-Dilucu
körpüsünü açmışlar. O zamandan bəri
bu körpü bir millət, iki dövlətə xidmət
edir. Həmin dövrdə, eyni zamanda, 92 kilometr
İğdır-Naxçıvan elektrik xətti çəkilmiş,
Naxçıvana elektrik enerjisi verilməyə
başlanmış, nəqliyyat əlaqələri genişlənmişdir.
Hazırda hər gün 10-12 sərnişin avtobusu
Naxçıvandan Türkiyəyə gedir, 50-yə yaxın
taksi Türkiyə ilə Naxçıvan arasında nəqliyyat
xidməti göstərir. Türkiyə-Asiya-Avropa fiberoptik
kabel magistralının İran ərazisindən keçməklə
Bakı-Naxçıvan seqmenti tamamlanmış, 2007-ci ildə
Naxçıvan Muxtar Respublikası ərazisində 134
kilometrlik yüksək ötürücülük qabiliyyətinə
malik fiberoptik kabel çəkilərək İran və
Türkiyə şəbəkələrinə birləşdirilmişdir.
Bu, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsində
mühüm əhəmiyyət kəsb edir. Naxçıvan
Muxtar Respublikasında Türkiyədən 46 sahibkar fəaliyyət
göstərir və öz ətrafında 532 türk vətəndaşını
birləşdirir. Onlardan 62 nəfəri öz ailəsi ilə
birlikdə Naxçıvanda yaşayır.
Vurğulanmışdır
ki, Naxçıvanın ağır günlərində
Türkiyə tərəfindən bölgəyə hər
gün 40-50 meqavat enerji verilirdi. Bu gün isə
Naxçıvandan Türkiyəyə hər gün 16-17
meqavat elektrik enerjisi ötürülür. Elektrik enerjisinin
ixracına başlanandan bu il avqustun 1-dək Türkiyəyə
verilən enerjinin həcmi 167 milyon kilovat-saatdan çoxdur. Enerji
verilişi davam etdirilir. Gələcək illərdə onun həcmi
daha da artırılacaqdır. Ticarət əlaqələrimiz
ildən-ilə artır. Cari ilin 6 ayı ərzində 32
milyon dollarlıq ticarət dövriyyəmiz olmuşdur. Ötən
6 ayda Türkiyədən Naxçıvana 22 min,
Naxçıvandan isə Türkiyəyə 23 min nəfər
gedib-gəlmişdir.
Qeyd edilmişdir ki, təhsil
sahəsində də yaxşı əlaqələrimiz
vardır. Naxçıvanda 3 türk liseyi fəaliyyət
göstərir. Ordubad qız liseyində 150, Naxçıvanda
və Şərur türk liseylərində isə 503
şagird təhsil alır. Şagirdlərin təhsili ilə
70 müəllim məşğul olur ki, onlardan 31-i Türkiyə
vətəndaşıdır. Naxçıvan Dövlət
Unversitetində 210 türkiyəli tələbə, Türkiyənin
ali məktəblərində isə 156 naxçıvanlı
gənc təhsil alır.
Qarşılıqlı
əlaqələrimiz getdikcə inkişaf edir. Bu da ulu öndərimizin
söylədiyi "Bir millət, iki dövlət",
böyük Atatürkün dediyi "Azərbaycanın sevinci
bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyimlərindən
qaynaqlanır. Bu gün də hər iki ölkənin rəhbərləri
bu prinsipləri fəaliyyətlərində əsas tutaraq
Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə
xidmət edirlər. Nəticədə qısa müddət ərzində
1773 kilometrlik Bakı-Tbilisi-Ceyhan neft, 970 kilometrlik
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə
düşmüşdür, 800 kilometr uzunluğunda Bakı-Tbilisi-Qars
dəmiryolunun tikintisi davam etdirilir və digər tədbirlər
həyata keçirilir. Ən əsası isə 2008-ci il
iyunun 4-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
Naxçıvana səfəri, burada Azərbaycan Prezidenti
İlham Əliyev ilə görüşləri, əldə
olunan razılaşmalar, qarşılıqlı
anlaşmalardır ki, bu da Azərbaycan-Türkiyə və Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin əlaqələrinin
daha da genişləndirilməsində yeni mərhələ
açmışdır.
Türkiyənin enerji və
təbii ehtiyatlar naziri Taner Yıldız səmimi qəbula
görə minnətdarlığını bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə edilmişdir.
Türkiyənin Azərbaycandakı
səfiri Hülusi Kılıç və Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev görüşdə iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.