Tovuz tovuzlular haqqında yeni kitab

 

Tovuz bölgəsində yaşayıb-yaradan, ixtisasca jurnalist politoloq olan, uzun müddətdir yerli mətbuatda icra orqanlarında çalışan Bəhruzər Rüstəmovun "Qarğınsız" adlı kitabı çapdan çıxıb.
Bu yeni əsər haqqında ilk məlumatı elə birinci səhifədə, kitabın adının altında verilmiş "Şəmşədili-Şəmşədil-Şəmsəddin-Tavus-Touz-Tovuz: etnoqrafik-tarixi lövhələrdə gəzişmələr" sözləri verir. Daha sonra müəllif, özünün dediyi kimi, ömrü boyu zərrə-zərrə müxtəlif tarixi qaynaqlardan, ağız ədəbiyyatından, canlı şahidlərdən, ağsaqqallardan eşitdiklərini, gördüklərini, qənaətlərini oxuduqlarının bir qismini oxuculara çatdırır. Bu kitabda müəllifin dünyasını illər əvvəl dəyişən babası, Tovuz camaatının sayılıb-seçilən, sözükeçən ağsaqqallarından olan Qəşəm kişinin bir növ müəlliflik payı var.

Bəhruzər Rüstəmov öz əsərində ilk növbədə Şəmsəddin (ilkin variantda Şəmşədili, yaxud Şəmşədil) sultanlığının tarixini vərəqləyir. Sultanlığın tarixi ərazisinə indiki Tovuz, Gədəbəy, ermənidə qalan Şəmşəddin rayonları, Göycə mahalı Qaraqoyunlu dərəsi, Şəmkir çayının sağ qıyısında suayırıcı-toplayıcı torpaqlardan qərbə tərəf olan, Ağstafada Həsənsu boyunca cənuba doğru uzanan sahələr, İcevanın bir hissəsi başqa ərazilər daxil idi. Müxtəlif tarixi dönəmlərdəki təsirlərdən sultanlıq ərazisi bu miqyasdan daha iri ya kiçik olub.

Müəllif əsasən Tovuz (yerli camaatın danışıq dilində Touz, yaxud Tavus) bölgəsinin tarixindən, etnoqrafiyasından, adət-ənənəsindən, məişətindən söhbət açır. Kitabı oxuduqca biz bu rayonun öz qeyrəti, mərdliyi, dönməzliyi bütün bunlarla yanaşı, mərhəməti səxavəti ilə seçilən insanlarından söhbət açır.

Kitabda müxtəlif mövzulara toxunulur. Doğrusu, oxucu hələ kitabın son səhifəsinə çatmamış müəllifin məqsəd məramını tam dərk edə bilmir. Lakin əsəri oxuyub başa çatdırandan sonra Azərbaycanın bölgələrindən birini dərindən tanıya bilir, az qala onun "xasiyyətini" öyrənmiş olursan. Bu bölgədə böyüyüb boya-başa çatanlar isə öz yurd-yuvaları, mərd babaları ilə daha çox fəxr edirlər.
Kitabda ən çox, əslində elə ilk marağı doğuran onun adıdır. Görəsən, "Qarğınsız" deməkdir? Bir neçə nəfərin hələ kitabı oxumazdan əvvəl bu barədə mübahisəsini eşitdik. Lakin sonra məsələ aydınlaşdı. Demə, müəllifin özü bu sözü ilk dəfə Borçalıda Çənlibel Nəsib adlı ağsaqqaldan eşidəndə onun mənasını başa düşməyib. Qarğın dəryada qərq olmuş insandır. Ağsaqqal elindən-obasından, ev-eşiyindən didərgin düşmüş qaçqın köçkünləri qarğınlara bənzədib.

Tovuzlular isə heç vaxt qarğın olmayıblar. Düşmənlə çəpər-çəpərə yaşasalar da, ta keçmişdən indiyədək həmişə onlara qalib gəliblər. Yağılarla son iki onillikdə gedən ölüm-dirim savaşında da bir nəfər tovuzlu belə didərgin düşməyib. Tovuz qarğınsız bölgədir. Buna öz camaatının, igidlərinin, oğul qızlarının dözümü dəyanəti, qanı canı bahasına nail olub.

Bir sözlə, Bəhruzərin "Qarğınsız" kitabını oxuyanlar Tovuz tovuzlularla daha yaxından tanış olacaqlar.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 5.