Azərbaycan Respublikası Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

1. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

 

Komissiyanın həmsədri:

 

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

İlham Quliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Faiq Bağırov - Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri

2. "Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 3 oktyabr tarixli 1050 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 608; 2005-ci il, № 10, maddə 968) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Misir Ərəb Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 3.