Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:[1]

 

Komissiyanın həmsədri:

 

Əli Abbasov

– Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Komissiyanın üzvləri:

 

Xələf Xələfov

 

– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

İlqar Fətizadə

 

– Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Sevinc Həsənova

 

– Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

 

Bəhram Əliyev

 

– Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

İntiqam Babayev

 

– Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Gülməmməd Cavadov

 

– Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

 

Sabir İlyasov

 

– “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

 

Qalib İsrafilov

– Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

 

2. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 aprel tarixli 399 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 302; 2002-ci il, ¹ 5, maddə 301; 2005-ci il, ¹ 10, maddə 968) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Avstriya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2009-cu il

 

¹ 437

 

Azərbaycan. - 2009. - 11 avqust.- S. 3.