Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə
Hörmətli cənab
Prezident!
Handlova şaxtasında
baş vermiş partlayış nəticəsində
çoxsaylı insan tələfatı xəbəri məni
olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə, bütün
Slovakiya xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 12 avqust.- S. 2.