Latviya Prezidenti Valdis
Zatlers Azərbaycanın
Baş naziri Artur Rasizadə ilə görüşmüşdür
Azərbaycanda səfərdə
olan Latviya Prezidenti Valdis Zatlers avqustun 11-də onun üçün
ayrılmış iqamətgahda ölkəmizin Baş naziri
Artur Rasizadə ilə görüşmüşdür.
Latviya dövlətinin
başçısı bu səfəri çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev ilə
aparılmış danışıqları yüksək qiymətləndirərək
vurğulamışdır ki, həmin danışıqlar
bütün sahələrdə ikitərəfli əlaqələrin
genişlənməsinə xidmət edəcəkdir. Prezident
Valdis Zatlers iqtisadi sahədə Latviya-Azərbaycan əməkdaşlığının
perspektivlərindən bəhs edərək, səfər
zamanı imzalanmış ikitərəfli sənədlərin
qarşılıqlı faydalı münasibətlərin daha
da inkişaf etdirilməsi üçün əhəmiyyətini
vurğulamışdır.
Baş nazir Artur Rasizadə
Prezident Valdis Zatlersə son illərdə Azərbaycanda həyata
keçirilmiş iqtisadi islahatlar barədə məlumat
vermişdir. O əmin olduğunu bildirmişdir ki, Latviya
dövlətinin başçısının Azərbaycana rəsmi
səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın
dərinləşməsinə təkan verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 12 avqust.- S. 2.