Latviya Prezidenti Valdis Zatlers Səngəçal neft terminalı ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlers onu müşayiət edən nümayəndə heyəti avqustun 11-də Səngəçal neft terminalında olmuşdur.

Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı "Əsrin müqaviləsi"nə əsasən neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat verdilər. Azərbaycanın neft qaz hasilatının tarixini əks etdirən film nümayiş olundu.

Bildirildi ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları idarəetmə məntəqəsi vardır. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft qaz kəmərləri çəkilmişdir.

Sonra latviyalı qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Onlara buradakı texnoloji proseslər barədə ətraflı məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 2.