Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də
Almaniyanın Baden-Vürtemberq federal torpağının
Baş naziri Günter Oettingerin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz
arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev
həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələrimizin
uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Dövlətimizin
başçısı əmin olduğunu bildirdi ki,
Baden-Vürtemberq federal torpağının Baş nazirinin
böyük tərkibdə nümayəndə heyəti ilə
Azərbaycana səfəri səmərəli olacaq və Azərbaycan-Almaniya
ikitərəfli münasibətlərinin daha da möhkəmlənməsi
işinə öz töhfəsini verəcəkdir.
İki il əvvəl
Berlində Prezident İlham Əliyevlə
görüşünü məmnunluqla xatırlayan Günter
Oettinger siyasət, iqtisadiyyat, mədəniyyət və digər
sahələri təmsil edən rəsmilərdən ibarət
nümayəndə heyəti ilə Azərbaycana gəldiyini
deyərək ölkəmizə bundan sonra da inkişaf
perspektivləri arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 1.