Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 1.