Latviya Prezidenti Valdis Zatlers adamları ilə görüşmüşdür

 

Azərbaycanda rəsmi səfərini başa vuran Latviya Prezidenti Valdis Zatlers avqustun 12-də "Qafqaz Point" mehmanxanasında ölkəmizdə fəaliyyət göstərən, eləcə də onunla birlikdə respublikamıza gəlmiş latviyalı iş adamları ilə görüşmüşdür.

Tədbirdə Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən, ümumiyyətlə səfərinin nəticələrindən böyük məmnunluğunu bildirmiş, hökumətlərimiz arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumunun, gənclər və idman, eləcə də turizm sahələrində əməkdaşlıq haqqında sazişlərin imzalandığını diqqətə çatdırmışdır. Avqustun 11-də hər iki ölkə Prezidentinin iştirakı ilə keçirilmiş Azərbaycan-Latviya biznes forumunun iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayan Valdis Zatlers, latviyalı iş adamlarını onlar üçün yaradılmış bu imkanlardan yararlanmağa dəvət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.