Prezident Valdis Zatlers Azərbaycandakı Latviya diasporunun nümayəndələri ilə görüşmüşdür

 

Azərbaycana səfəri çərçivəsində Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də Latviyanın ölkəmizdəki səfirliyinə gəlmişlər.

Qonaqlar burada Azərbaycandakı Latviya diasporunun nümayəndələri ilə görüşmüşlər.

Latviyanın dövlət başçısı səfirliyin fəaliyyəti ilə maraqlanmış, burada yaradılan şəraitlə tanış olmuşdur.

Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere xatirə şəkli çəkdirmişlər.

Çay süfrəsi arxasında davam edən görüşdə Latviyanın dövlət başçısı Azərbaycanda Prezident İlham Əliyevlə apardığı səmərəli danışıqlardan məmnunluğunu bildirmiş, imzalanan sənədlərin gələcək əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.