Azərbaycan ilə Almaniyanın
Baden-Vürtemberq federal
torpağı arasında
əməkdaşlıq genişlənir
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
avqustun 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə
səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal
torpağının Baş naziri Günter Oettingerin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Tərəflər ilk
növbədə iki il əvvəl Azərbaycan Prezidenti
İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində
Baden-Vürtemberqdə keçirilmiş görüşlərlə
bağlı xatirələrini bölüşmüş və
bunu Azərbaycan ilə Baden-Vürtemberq arasında əməkdaşlığın
inkişafına təkan verən əsas amil kimi səciyyələndirmişlər.
Azərbaycana səfərindən
məmnunluğunu bildirən qonaq Baden-Vürtemberq federal
torpağının ölkəmizlə əlaqələrin
inkişafında maraqlı olduğunu və bu istiqamətdə
geniş imkanların mövcudluğunu qeyd etmişdir. G.Oettinger
əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi
ilə bir sıra layihələrin həyata keçirilməsinin
vacibliyini, həmçinin azərbaycanlı tələbələrin
Baden-Vürtemberqin ali məktəblərində təhsil
almaları üçün şərait
yaradılmasının mümkünlüyünü qeyd
etmiş, habelə Baden-Vürtemberqin Azərbaycanda mədəniyyət
günlərinin təşkilinin münasibətlərin dərinləşməsində
əhəmiyyətini vurğulamışdır.
Nazir Elmar Məmmədyarov
bu marağın qarşılıqlı olduğunu
bildirmiş, əlaqələrin daha da dərinləşməsi
üçün konkret layihələrin həyata keçirilməsinin
vacibliyi fikrini bölüşdüyünü qeyd etmişdir.
Mədəniyyət tədbirlərinin xalqlararası təmasların
möhkəmlənməsində əhəmiyyətini
vurğulayan E.Məmmədyarov Azərbaycanda və Almaniyada
qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsinin davamı olaraq növbəti ildə
ölkəmizdə Baden-Vürtemberqin mədəniyyət
günlərinin təşklinin bu federal torpağın
respublikamızda təbliği istiqamətində faydalı
olacağını bildirmişdir.
Görüşdə həmçinin
Azərbaycan ilə Baden-Vürtemberq arasında iqtisadi, ticarət,
investisiya layihələrinin həyata keçirilməsi, habelə
mədəniyyət, turizm, elm və texnologiya sahələrində
əməkdaşlığın genişləndirilməsi ilə
bağlı ətraflı fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.