Azərbaycanda səfərdə
olan Almaniyanın Baden-Vürtemberq federal torpağının
Baş naziri Günter Oettingerin başçılıq etdiyi
nümayəndə heyəti avqustun 12-də Fəxri xiyabana gələrək
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil qoymuşdur.
Sonra qonaqlar Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının məzarları
üzərinə güllər düzmüşlər.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.