Naxçıvan xanlığının tarixindən bəhs edən qiymətli kitab
Naxçıvan Muxtar
Respublikasının 85 illiyinə həsr olunmuş
"Naxçıvan xanlığı" kitabı dəyərli
tarixi mənbədir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
sifarişi və məsləhəti ilə yazılaraq nəfis
şəkildə çapdan çıxmış kitabın
elmi redaktoru akademik İsa Həbibbəylidir.
Rusiyanın Sankt-Peterburq
və Moskva şəhərlərindəki arxivlərdə
saxlanılan sənədlərə istinad olunaraq yazılan
kitabda II Kalbalı xan və Hüseyn xan Naxçıvanskilərin,
eləcə də Mənsur ağa və Əşrəf bəy
Kəngərlilərin həyat və fəaliyyətlərindən,
döyüş yollarından bəhs olunur.
Azərbaycanın
tarixində mühüm yer tutan Naxçıvan
xanlığının tarixini əks etdirən kitabda
xanlığın siyasəti, Rusiya-İran münasibətləri
nəticəsində ərazinin işğalı və digər
məsələlər geniş tədqiq edilir.
Kitabda tarixi xəritələr,
Naxçıvan xanlarının özlərinin və ailə
üzvlərinin əks olunduğu nadir fotolar da dərc
edilmişdir.
"Naxçıvan
xanlığı" kitabı Naxçıvan tarixi ilə
maraqlananlar və geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur
Azərbaycan.- 2009.- 13 avqust.- S. 8.