Pakistan İslam Respublikasının
Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli
bayramı - Müstəqillik Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Pakistan
dostluğu və əməkdaşlığının
xoş ənənələrinin qorunub saxlanması və
inkişaf etdirilməsi, əlaqələrimizin bütün
sahələrdə genişləndirilməsi yolunda bundan sonra
da birgə səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 14 avqust.- S. 1.