Belarusun Tikinti Arxitektura Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

 

Belarusun Tikinti və Arxitektura Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir.

Belarusun Azərbaycandakı səfirliyindən bildirmişlər ki, nümayəndə heyətinə nazirliyin layihə işləri, şəhərsalma və arxitektura idarəsinin rəisi Valentina Nazaruk başçılıq edir. İki günlük səfər çərçivəsində nümayəndə heyəti Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində görüşlər keçirəcəkdir. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq, tikinti və tikinti layihələrinin ekspertizası sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasının mümkünlüyü müzakirə olunacaqdır.

Səfər cari il mayın 5-də Minskdə keçirilmiş Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında əldə olunmuş razılığa əsasən həyata keçirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 2.