Kitablar, audio-video materiallar Filippin kitabxanalarına göndərilmişdir

 

Azərbaycanın İndoneziya eyni zamanda Filippindəki səfirliyi Filippin Milli Kitabxanasına bu ölkənin Xarici İşlər Nazirliyi İnstitutunun Kitabxanasına Azərbaycanla bağlı ədəbiyyat bir sıra audio-video materiallar göndərmişdir.

Səfirlikdən bildirmişlər ki, məqsəd ölkələrimiz arasında əlaqələri inkişaf etdirməklə yanaşı, Azərbaycanı daha geniş təbliğ etməkdir.

Filippinə göndərilən materiallar sırasında Heydər Əliyev Fondunun Yeni Azərbaycan Partiyası ilə birgə ümummilli lider Heydər Əliyev haqqında hazırladığı CD, ulu öndərin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş marka, Azərbaycanın tarixi, mədəniyyəti, son illərdəki nailiyyətləri, regionda dünyada artan nüfuzu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ədəbiyyat vardır.

Səfirlik Filippin Milli Kitabxanasına M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə kitab mübadiləsi aparmağı təklif etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 3.