Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Devisinqh Patilə
Hörmətli xanım Prezident!
Hindistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 31 iyul 2009-cu
il
Azərbaycan.- 2009.- 15 avqust.-
S. 1.