"Sərhədlərimizin
keşiyində" mövzusunda
müsabiqəyə yekun
vurulmuşdur
Avqustun 14-də Dövlət
Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi
Araşdırmalar Mərkəzində Sərhəd Qoşunlarının
yaradılmasının 90 illik yubleyinə həsr olunmuş
"Sərhədlərimizin keşiyində" mövzusunda
müsabiqəyə yekun vurulmuşdur.
Bu münasibətlə
keçirilən mərasimdə çıxış edən
DSX rəisinin müavini, general-mayor Məhəmməd
Abbasquliyev ölkəmizdə yaradıcılıq
üçün əlverişli şəraitin olduğunu
vurğulayaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev
mədəniyyət və incəsənət işlərinə
həmişə qayğı ilə yanaşmış,
onların əməyini yüksək qiymətləndirmişdir.
M.Abbasquliyev Silahlı
Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin
də yaradıcı insanlara göstərdiyi diqqət və
qayğıdan danışmışdır.
Rəis müavini qeyd
etmişdir ki, Dövlət Sərhəd Xidmətinin
çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik
tərbiyəsi, Vətənə, onun sərhədlərinə
məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər
sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin
təşkili xüsusi yer tutur. Hər il olduğu kimi, bu il də
Sərhəd Qoşunlarının yaradılmasının
ildönümü münasibətilə "Sərhədlərimizin
keşiyində" mövzusunda kino sənəti, musiqi
yaradıcılığı, təsviri sənət, foto sənəti
və inşa yazısı üzrə 5 nominasiyada müsabiqə
elan edilmişdir. Müsabiqədə ölkəmizin peşəkar
və həvəskar rəssamları, bəstəkarları, tələbələri,
sərhədçi əsgərlər, sərhədçi
zabit və gizirlərin ailə üzvləri, sərhədyanı
rayonların ümumtəhsil məktəblərinin şagirdləri
iştirak etmişlər.
Bildirilmişdir ki,
yaradıcılıqla məşğul olan insanlar müsabiqəyə
böyük maraq göstərmişlər. Ümumiyyətlə, müsabiqələrdə
600 nəfərdən çox
yaradıcı insan iştirak etmişdir.
Müsabiqəyə
musiqi yaradıcılığı üzrə 15, təsviri sənət
üzrə 40, kino sənəti üzrə 10, foto sənəti
üzrə 9 və sərhədyanı kənd ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri
arasında inşa üzrə yüzlərlə iş təqdim
olunmuşdur. Bu əsərlərin janrları da, müəlliflərin
yaş, təhsil, peşəkarlıq səviyyəsi və
sosial mənşəyi də müxtəlifdir. Əsərlərin
ən yaxşıları münsiflər heyəti tərəfindən
seçilmiş və mükafatlara layiq
görülmüşdür.
Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar
İttifaqının katibi Ramiz Zöhrabov, xalq artisti Rasim
Balayev, bəstəkar Eldar Mansurov qalibləri təbrik
etmiş, onlara yaradıcılıq uğurları
arzulamışlar.
Çıxış edənlər
bildirmişlər ki, ölkəmizin çoxsaylı vətəndaşının
öz yaradıcılıq duyğularını sərhədlərimizə,
sərhəd mövzusuna yönəltməsi, sərhəd və
sərhədçilər haqqında fikir ifadə etməyə
çalışması yüksək qiymətə layiqdir.
Sonra qaliblərə
mükafatlar təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 15 avqust.- S. 4.