Gənc liderlərə insan hüquqları mövzusunda təlimlər
keçirilmişdir
Avqustun 14-də Qazaxda Gənc
liderlər üçün Yay Universitetinin
iştirakçılarına insan hüquqları mövzusunda
təlimlər keçirilmişdir.
Təlimlərdə
Milli Məclisin deputatları Əli Hüseynov, Fuad Muradov, Mərkəzi
Seçki Komissiyasının üzvü Rövşən
İsmayılov, hüquqşünas-ekspertlər Otari Qvaledze və
Səadət Yusifova iştirak etmişlər.
Tədbirdə Azərbaycanda
insan hüquqlarının qorunması, bu sahədə
görülən işlər, qarşıda duran vəzifələr
və digər məsələlər ətraflı müzakirə
edilmişdir.
Bildirilmişdir ki,
dünyanın əksər ölkələrinin
konstitusiyalarında insan hüquqlarının qorunması ilə
bağlı xüsusi maddələr olsa da bu, təcrübədə
tətbiq olunmur. Həmin ölkələrdən fərqli
olaraq Azərbaycanda insan hüquqlarının qorunması sahəsində
Konstitusiya normaları ardıcıl və yüksək səviyyədə
yerinə yetirilir.
Vurğulanmışdır
ki, Azərbaycan dövləti insan hüquq və
azadlıqlarının qorunmasına bir qayda olaraq qayğı
ilə yanaşır. Azərbaycanın MDB məkanında və
Şərqdə ölüm cəzasını ləğv edən
ilk ölkələrdən biri olması da bunun bariz nümunəsidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynov
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Azərbaycan diplomatiyasının beynəlxalq
uğurlarından söz açaraq bildirmişdir ki, Ermənistan
ordusunun ölkəmizin ərazilərini işğal etməsi
ilə bağlı rəsmi sənəd ilk dəfə olaraq
Avropa Şurası Parlament Assambleyasında və Almaniya
parlamentində qəbul edilmişdir. Bu sənədlərdə
Ermənistan ordusunun Azərbaycan torpaqlarını
işğal etməsi faktı rəsmən öz əksini
tapmışdır.
Tədbirdə
bildirilmişdir ki, insan hüquqlarının müdafiəsi
istiqamətində qazandığımız uğurlar
dünyada ölkəmizin imicinin daha da yüksəlməsi
üçün vacib olan amillərdən biridir.
Təlimlərdə
iştirakçıların sualları
cavablandırılmış, müzakirələr
aparılmışdır.
Sonra təlimlər
hüquqşünas-ekspertlərin iştirakı ilə
müxtəlif qruplarda davam etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 15 avqust.- S. 2.