BMT Azərbaycanın yaxın tərəfdaşıdır
və bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir
Bu sözləri BMT-nin
Azərbaycandakı İctimai İnformasiya Departamentinin rəhbəri
Envera Selimoviç demişdir.
E.Selimoviç
bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi dörd qətnamənin yerinə
yetirilməsi məsələsi hər bir azərbaycanlının
və problemin həll olunması istiqamətində səy
göstərən bütün insanların arzusudur.
Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı aparılan
danışıqların irəliyə doğru getdiyini deyən
qurumun rəsmi nümayəndəsi vurğulamışdır
ki, Azərbaycanın ərazi bütövlüyünü təkcə
BMT yox, digər beynəlxalq təşkilatlar da tanıyır.
Bundan sonra da məsələ ilə bağlı lazımi qətnamələr
hazırlanacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 avqust.- S. 1.