Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi davam edir
Xəbər verdiyimiz
kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən
Azərbaycanın ən gözəl guşələrindən
birində - Qəbələdə Beynəlxalq musiqi
festivalı və pianoçuların müsabiqəsi
keçirilir.
Yarışların
ikinci günü, pianoçuların müsabiqəsində
iştirakçıların çıxış
sırasını müəyyən etmək üçün
püşkatma keçirilmişdir.
Pianoçular müsabiqəsinin
22 iştirakçısından 7-si Azərbaycanı, digərləri
isə Rusiya, ABŞ, Yaponiya, Çin, Fransa, Xorvatiya və
Bolqarıstanı təmsil edirlər.
Azərbaycanlı
ifaçılar 3, 4, 5, 7, 16, 17 və 21-ci sırada
çıxış edəcəklər. Avqustun 14-də həmçinin
Beynəlxalq musiqi festivalı çərçivəsində
kamera musiqisi konserti keçirilmişdir.
Əvvəlcə
çıxış edənlər bildirmişlər ki,
festival bir daha Azərbaycanda gənclər üçün
geniş üfüqlərin yaradıldığını
nümayiş etdirir. Sonra söz musiqiyə verilmişdir.
Konsertin əsas özəlliyi ustadlarla yanaşı, gənc musiqiçilərin
bir səhnədə çıxış etməsində idi.
Xatırladaq ki, musiqi
bayramı avqustun 23-dək davam edəcəkdir.
Azərbaycan.- 2009.- 16 avqust.- S. 4.