Avqustun 1-dən 15-dək
davam edən düşərgədə xüsusi
qayğıya ehtiyacı olan və çətin şəraitdə
yaşayan 25 şəkərli diabetli uşağa 4 həkim-diabetoloq,
5 tərbiyəçi-müəllim və 3 psixoloq xidmət
göstərmişdir.
Uşaqlar iki həftə
ərzində Xəzər dənizi sahilində dincəlməklə
yanaşı, Lənkəran, Astara və Lerik rayonlarının
tarixi-mədəniyyət abidələri və görməli
yerləri ilə tanış olmuş, idman
yarışlarında, əyləncəli oyunlarda iştirak
etmiş, həkimlər tərəfindən onlara tibbi və
psixoloji yardımlar göstərilmişdir.
Düşərgənin
bağlanış mərasimində çıxış edən
Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov, Praktik Psixoloqlar
Asossiasiyasının rəhbəri, layihənin əlaqələndiricisi
Elmira Mirzəyeva, həkimlər və başqaları gələcəyimiz
olan uşaqların cəmiyyətimizin sağlam üzvü
kimi böyümələri və təhsil almalarına, onların
intellektual səviyyəsinin yüksəlməsinə göstərilən
qayğıya görə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirmişlər.
Mərasimdə
uşaqlar rəqs etmiş, şeirlər söyləmiş,
mahnılar oxumuş, səhnəciklər göstərmişlər.
Tədbirdə
uşaqlara müxtəlif hədiyyələr təqdim
edilmişdir.
Sonda mərasim
işrirakçıları düşərgədən yadigar
olaraq fotoşəkil çəkdirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 16 avqust.- S. 4.