AMEA-nın müxbir
üzvü, professor Azad Nəbiyevin "Oxşar dəyərlərin
gen qaynağı - geneoloji nəzəriyyə"
monoqrafiyası Bakı Dövlət Universitetinin 90 illik
yubileyinə ithaf edilmişdir. Kitabçada müəllifin son
illərdə apardığı eksperimentlər əsasında
oxşar mədəniyyətlərə yeni elmi
baxışı əks etdirən geneoloji nəzəriyyədən
bəhs edilir. Bu çap məhsulunda geneoloji nəzəri
baxışların müxtəlif elm sahələrində
özünü göstərməsi müxtəsər
xülasə edildikdən sonra nəzəriyyənin meydana
çıxma şəraiti, inkişaf mərhələləri
açıqlanır. Dörd başlıq altında yerləşdirilmiş
və 84 səhifədən ibarət monoqrafiyanın elmi
redaktoru və ön sözün müəllifi akademik Fuad
Qasımzadədir. Kitabçada müəllifin istifadə
etdiyi ədəbiyyatların siyahısı, eyni zamanda geneoloji
nəzəriyyə ilə bağlı müxtəsər məlumat
Azərbaycan, rus və ingilis dillərində verilmişdir.
"Oxşar dəyərlərin
gen qaynağı - geneoloji nəzəriyyə" monoqrafiyasında
oxşar dəyərlərə yeni baxışı əks
etdirən universal geneoloji nəzəriyyə tam mətndə
nəşr edilmişdir.
Adilə QOCAYEVA
Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.