Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli 27 nömrəli sərəncamına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Bu sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.

3. Müəyyən edilsin ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 1.