Küveyt Dövlətinin Əmiri əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

 

Əlahəzrət!

Əl-Cəhra şəhərində keçirilən toy mərasimində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Küveyt xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 1.