Naxçıvan Muxtar Respublikası
Ali Məclisində müşavirə keçirilmişdir
Naxçıvan Muxtar Respublikası
Ali Məclisində müşavirə keçirilmişdir.
Müşavirədə
2009-2010-cu illərin payız-qış mövsümünə
hazırlıqla əlaqədar görüləcək işlər
və debitor borclar haqqında məsələlər
müzakirə olunmuşdur.
Naxçıvan MR
Baş nazirinin birinci müavini Asəf Məmmədov,
Naxçıvan Şəhər İcra Hakimiyyətinin
başçısı Vüqar Səfərov, muxtar respublika
Dövlət Energetika Agentliyi baş direktorunun müavini
İslam Əliyev payız-qış mövsümünə
hazırlıqla əlaqədar çıxış etmişlər.
Naxçıvan Beynəlxalq
Hava Limanının direktoru, 705 saylı hərbi hissənin
komandiri, "Naxçıvan" Sərhəd
Diviziyasının komandiri, Naxçıvan MR daxili işlər
naziri, fövqəladə hallar naziri, ədliyyə nazirinin
müavini - Penitensiar Xidmətin rəisi, iqtisadi inkişaf
naziri, nəqliyyat naziri, rabitə və informasiya texnologiyaları
naziri, rayonların icra hakimiyyətlərinin
başçıları müzakirə olunan məsələ
ilə əlaqədar məlumat vermişlər.
Naxçıvan MR maliyyə
naziri Xalid İsgəndərov debitor borclar haqqında
çıxış etmişdir.
Naxçıvan MR Ali Məclisinin
Sədri Vasif Talıbov 2009-2010-cu illər üçün
payız-qış mövsümünə
hazırlığın vəziyyəti haqqında
çıxış etmiş, müvafiq təşkilatlara bir
sıra tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri
müşavirəyə yekun vuraraq demişdir ki, bu gün
müzakirə olunan məsələlər haqqında əlaqədar
təşkilatlar tədbirlər planı hazırlamalı,
komissiyalar yaradılmalı, nöqsanlar tezliklə aradan
qaldırılmalı və tapşırıqlar qısa
müddətdə yerinə yetirilməlidir.
AzərTAc
Azərbaycan.- 2009.- 18 avqust.- S. 2.