YAP Gənclər Birliyinin sədri Dünya Türk Gəncləri Birliyinin XIII qurultayında iştirak etmişdir

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov avqustun 8-dən 15-dək Ukraynanın Yalta şəhərində keçirilmiş Dünya Türk Gəncləri Birliyinin XIII qurultayında iştirak etmişdir.

Qurultayda dünyanın 30 dövləti və muxtar qurumlarından 300 nümayəndənin iştirak etdiyini deyən R.Həsənov bildirmişdir ki, burada türk dünyasının daha da yaxınlaşmasında gənclərin rolu ilə bağlı məsələlər müzakirə olunmuşdur. YAP Gənclər Birliyinin sədri tədbirdə çıxış edərək Azərbaycanda mövcud durum, iqtisadi inkişaf, Dağlıq Qarabağ problemi və digər məsələlər haqqında məlumat vermişdir.

Qurultayda təşkilati məsələlərə baxılmış və Azərbaycan Milli Məclisinin deputatı Əkrəm Abdullayev Dünya Türk Gəncləri Birliyinin yeni sədri seçilmişdir.

Səfər çərçivəsində R.Həsənov Moldovanın, İraqın, Krım vilayətinin deputatları, eləcə də Makedoniyanın, Albaniyanın, Almaniyanın və Hollandiyanın gənc nümayəndələri ilə görüşmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 2.