Beynəlxalq musiqi festivalı
iştirakçılarının bir qrupu Şəkidə
olmuşdur
Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Qəbələdə
keçirilən Beynəlxalq musiqi festivalı
iştirakçılarının bir qrupu Şəki şəhərində
olmuşdur.
Şəhər icra
hakimiyyətindən bildirmişlər ki, festival
iştirakçıları Xan sarayının
qarşısında mehribanlıqla
qarşılanmışlar. Sonra qonaqlar sarayın qala
divarları içərisindəki meydanda xalqımızın
qədim atüstü milli oyunlarından olan "Sür
papaq" oyununa tamaşa etmiş, folklor kollektivlərinin
çıxışlarını izləmiş, sarayın həyətində
çay süfrəsi ətrafında Şəki
şirniyyatının dadına baxmışlar. Şərq
memarlığının nadir incilərindən olan Xan
sarayı ilə tanışlıq festival
iştirakçılarının böyük marağına
səbəb olmuşdur.
Sonra qonaqlar
"Yuxarı Baş" Tarix-Memarlıq Qoruğunun ərazisində
yerləşən Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi
Sənəti muzeyləri, habelə XVIII əsrə aid
memarlıq abidəsi "Yuxarı Karvansara" mehmanxana
kompleksi ilə yaxından tanış olmuşlar.
Festival
iştirakçıları Şəkidən xoş təəssüratlarla
ayrılmışlar.
Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.